Press "Enter" to skip to content

Çipli insanlar. Avropada onlara münasibət necədir?

Bayraqdar.info – İnsanların bədənin qabiliyyətlərini təkmilləşdirən və mövcud məhdudiyyətlərin (məsələn, biyonik protezləri) öhdəsindən gələn texnologiyalardan (məsələn, çiplər və implantlar) istifadə barədə nə düşündüklərini öyrənmək üçün beynəlxalq sorğu keçirilib. Kasperksy-nin sifarişi əsasında Atomik Research şirkəti tərəfindən Avropada keçirilən sorğuda Asvtriya, Fransa, Almaniya, İtaliya, Portuqaliya, İspaniya və Böyük Britaniyadan ümumilikdə 6500 nəfər iştirak edib.

Sorğuda iştirak edən respondentlərin demək olar ki, yarısı (46.5%) hər kəsin müasir ixtiraların köməyi ilə öz bədənini dəyişdirmək hüququna malik olduğuna inandığını, 12%-i isə bədənlərində mexaniki və ya elektron komponentlər gəzdirən insanlarla işləməyin əleyhinə olduğunu bildirib.

Respondentlərin üçdə birindən çoxu (39%) təkmilləşdirici texnologiyaların istifadəsinin gələcəkdə bərabərsizlik və ya qarşıdurmaya səbəb ola biləcəyindən qorxur. Demək olar ki, hər iki nəfərdən biri
(49%) həm adi insanların, həm də implant və ya çipli insanların yaşayacağı bir cəmiyyət fikri ilə bağlı nikbin və hətta həvəslidir.

Respondentlərin üçdə birindən çoxu təkmilləşdirici texnologiyalardan istifadə etmək istəyənləri hər zaman anlayışla qarşıladıqlarını və 17%-i isə bu cür insanların mövcudluğunu qəbul etməyin on il əvvələ nisbətən indi daha asan olduğunu söyləyir.

Bundan başqa, sorğuda iştirak edən hər iki nəfərdən biri (51%) bədəninə implant cihazlar yerləşdirilmiş insanlarla şəxsən qarşılaşdığını deyib.

Ümumiyyətlə, respondentlərin 24%-i orqanizmə texnoloji müdaxilə fikrini cəsarətli hesab edir. Bundan başqa bir ailə üzvünə tibbi səbəblərdən belə bir müdaxilə tələb olunduğu təqdirdə, əgər söhbət bionik qoldan gedərsə, respondentlərin 38%-i bunu sakit qarşılayacağını, 37%-i isə eyni reaksiyanı mövzunun biyonik bir ayaq olacağı təqdirdə göstərəcəyini bildirib.

Mission News Theme by Compete Themes.