Press "Enter" to skip to content

Koronavirusa yoluxma və ölüm sayında növbəti artım

Bayraqdar.info – Azərbaycanda son sutkada koronavirus infeksiyasına 1759 yeni yoluxma faktı qeydə alınıb. 511 nəfər isə müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Son sutkada 24 nəfər COVID-19-dan vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 252 min 680 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 234 min 893 nəfər müalicə olunaraq sağalıb, 3 min 445 nəfər vəfat edib. Aktiv xəstə sayı 14 min 342 nəfərdir.

Son sutkada 8 min 923, hazırkı dövrədək isə 2 milyon 816 min 784 COVID-19 testi aparılıb.

Əlavə edək ki, ölkədə paralel şəkildə peyvəndləmə işi də aparılır. Artıq yarım milyondan çox insan COVID-ə qarşı peyvənd vurdurub.

Mission News Theme by Compete Themes.