Press "Enter" to skip to content

İraq Türkmən Cəbhəsinin yeni başqanı xalqa müraciət etdi – VİDEO

Bayraqdar.info – 28 mart 2021-ci ildə Kərkükdə keçirilmiş növbədənkənar toplantıda İraq Türkmən Cəbhəsinin başqanı vəzifəsinə gətirilən Hasan Turan xalqa video-müraciət ünvanlayıb. O, müraciətində göstərilən etimada görə təşəkkür edib, eyni zamanda ona olan ümidləri doğrultmaq üçün əlindən gələni edəcəyini deyib.

Xatırladaq ki, Hasan Turandan öncə İTC başqanı İraq millət vəkili Ərşad Salihi idi. O, könüllü istefa verib.

Bu arada, İraq Prezidenti Barham Salih Hasan Turana zəng edərək yeni vəzifəyə seçilməsi münasibətilə təbrik edib.

Hasan Turanın sosial mediada yayımlanmış müraciətini təqdim edirik.

Mission News Theme by Compete Themes.