Press "Enter" to skip to content

Kipr adasında iki dövlətin bərabərhüquqlu işbirliyi əsas şərtdir

Son yeniləmə: 30 Mart 2021 21:59

Bayraqdar.info – Kiprdə əldə ediləcək razılaşma iki eyni hüquqa malik xalqın mehriban qonşuluq və bərabərhüquqlu işbirliyinə əsaslana bilər.

Bu barədə Kadir Dedeoğlunun rəhbərlik etdiyi Kıbrıs Qazilər Dərnəyi İdarə Heyətinin üzvlərini qəbul edən Kuzey Kıbrıs Türk Cümhuriyyətinin (KKTC) prezidenti Ersin Tatar bildirib. Cenevrədə keçiriləcək 5+BM formatında qeyri-rəsmi toplantı barədə də məlumat verən prezident Kiprin türk tərəfinin bu görüşə “ilk dəfə bərabər hüquqlarla yan-yana yaşayan iki dövlətin işbirliyinə əsaslanan bir təkliflə” getdiyini bildirib.

Görüşdə Aralıq dənizində cərəyan edən proseslər, həmçinin digər məsələlərdə KKTC-nin Türkiyə ilə birlikdə hərəkət etdiyini deyən Ersin Tatar bütün qazilərə təşəkkürünü bildirərək şəhidlərə və 1974-cü il hadisələri zamanı həlak olanlara rəhmət diləyib. O, həmçinin Kıbrıs Qazilər Dərnəyinin başqanı seçilməsi münasibətilə Kadir Dedeoğlunu təbrik edərək yeni heyətə uğurlar arzulayıb.

Kadir Dedeoğlu isə öz növbəsində Prezident Ersin Tatarın həyata keçiridyi siyasəti dəstəklədiklərini bildirərək KKTC-nin Türkiye Cümhuriyyəti ilə bərabər hərəkət etməsinin önəmini vurğulayıb.

Xəbəri KKTC Cümhurbaşqanlığı yayıb.

Mission News Theme by Compete Themes.