Press "Enter" to skip to content

Gagauziya Başqanı Türkiyə konsuluyla görüşüb

Son yeniləmə: 1 Aprel 2021 14:32

Bayraqdar.info – Gagauziya Başqanı İrina Vlah Türkiyənin Komratdakı konsulu Hasan Akdoğanla görüşüb. Bu haqda bilgini Gagauziya Başqanının administrasiyası yayıb. Görüşdə həm Gagauziya, həm də bütövlükdə Moldovada pandemiya, eyni zamanda sosial-iqtisadi durum müzakirə edilib.

Türkiyə konsulu ölkəsinin Xarici işlər naziri Mevlüt Çavuşoğlunun adından İrina Vlahı Antalyada təşkil ediləcək diplomatiya forumuna dəvət edib. Türkiyə Cümhurbaşqanı Recep Tayyip Erdoğanın təşəbbüsüylə keçiriləcək forum bu il iyunun 18-20-nə nəzərdə tutulur.

Forumda dünya liderləri, beynəlxalq qurumların başçıları iştirak edəcək və böhran məsələlərinin müzakirəsi təşkil olunacaq.

İrina Vlah konsulla Gagauziyada Türkiyənin yardımıyla gerçəkləşdirilən layihələr ətrafında da fikir mübadiləsi aparıb.

Mission News Theme by Compete Themes.