Press "Enter" to skip to content

Ölkə ərazisində hava sərtləşməkdədir

Bayraqdar.info – Bu gün axşamdan başlayaraq hava pisləşəcək. Yağış yağacağı gözlənilir.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

“Aprelin 2-si axşam şimal və qərb rayonlarından başlayaraq aprelin 3-ü axşamadək bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, qərb rayonlarında dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı proqnozlaşdırılır. Qərb küləyi əsəcək, aprelin 2-dən 4-dək külək bəzi yerlərdə arabir 18-23 metr/saniyəyədək güclənəcək. Çaylarda sululuğun artacağı gözlənilir”, – deyə məlumatda bildirilir.

Bildirilir ki, sözügedən günlərdə ölkə ərazisinin müxtəlif səmtlərində havanın istiliyi 4-18 dərəcə arasında dəyişəcək.

Qeyd edək ki, Xidmətin məlumatı aprelin 2-si axşamı nəzərdə tutsa da artıq ölkənin şimal rayonlarında külək başlayıb və hətta elektrik verilişi də dayandırılıb. Ümumiyyətlə isə Xaçmaz rayonunun bəzi ərazilərində aprelin 1-dən başlayaraq elektrik uzun müddətli fasilələrlə verilir. Bununla bağlı əhaliyə öncədən hər hansı xəbərdarlıq edilməyib. Sonradan da hər hansı izah verilməyib.

Mission News Theme by Compete Themes.