Press "Enter" to skip to content

Bu gün türk dünyası Alparslan Türkeşi anır – VİDEO

Bayraqdar.info – Bu gün – aprelin 4-də bütün türk dünyasında milliyyətçi kəsimin özəl sayğı duyduğu Alparslan Türkeşin anım günüdür.

Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının başqanı Alparslan Türkeş 4 aprel 1997-ci ildə 79 yaşında dünyasını dəyişib.

Azərbaycan insanı bu böyük siyasət və dava adamını həmişə sayğıyla xatırlayır. Çünki o, bütün dünyada türklük davası çərçivəsində Ermənistanın işğalına məruz qalmış Azərbaycan torpaqlarının azad edilməsinə də gərəkli töhfəni vermək üçün əlindən gələni edib.

Heç vaxt şəxsi siyasi iddialarını millət davasından üstün tutmayan Alparslan Türkeş hətta bu gün sözü gedən Zəngəzur dəhlizinin açılması, türk dünyasının quru yoluyla bütünləşməsi üçün planlar hazırlayıb. Bəlkə də ömür vəfa etsəydi illər öncə bu planlar gerçəkləşə bilərdi.

Biz də bayraqdar.info olaraq böyük dava adamı Alparslan Türkeşi hörmət və minnətlə anır, onunla bağlı gənc tarixçi Şəhla Cabbarlının hazırladığı videonu oxucularımıza təqdim edirik.

Mission News Theme by Compete Themes.