Press "Enter" to skip to content

Musiqili Teatrdan onlayn tamaşa gəlir

Bayraqdar.info – Aprelin 4-ü, axşam saat 19:00-da Azərbaycan Dövlət Akademik Musiqili Teatrının rəsmi “Facebook” səhifəsində Xalq yazıçısı Elçinin məşhur hekayələri əsasında hazırlanan “Baladadaşın toy hamamı” ikihissəli musiqili lirik komediyası nümayiş olunacaq. Bu barədə Akademik Musiqili Teatrından məlumat verilib.

“Teatrla kinonun sintez edildiyi bu tamaşada adət və ənənələrimizə söykənən hadisələr Bakı kəndlərinin birində cərəyan edir”, – deyə məlumatda bildirilir.

Tamaşanın quruluşçu rejissoru Xalq artisti Cənnət Səlimova, bəstəkarı Firudin Allahverdi, səhnələşdirəni Əməkdar artist Nofəl Vəliyev, quruluşçu dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu rəssamı Xalq rəssamı Tahir Tahirov, baletmeysterləri Əməkdar artistlər Yelena və Zakir Ağayevlərdir. Tamaşada səslənən mahnıların sözləri Vüqar Əbdülova aiddir.

Qeyd edək ki, əsərin premyerası 10 mart 2016-cı ildə olub.

Mission News Theme by Compete Themes.