Press "Enter" to skip to content

Türkiyədəki uyğur təşkilatları Barın qətliamını anacaq

Bayraqdar.info – Türkiyədə fəaliyyət göstərən Doğu Türkistan Maarif və Dayanışma Dərnəyi aprelin 5-6-da bir neçə şəhərdə Barın qətliamının 31-ci ildönümünə həsr edilmiş aksiyalarla bağlı məlumat yayıb.

Aksiyalar dinc, mədəniyyət yönümlü olacaq. Qurumdan verilən xəbərə görə, aprelin 5-6-da İstanbul Eyüp Sultan Meydanında resm sərgisi təşkil ediləcək. Eyni gündə daha bir rəsm sərgisi İstanbul Esenler Dördyol Meydanında nəzərdə tutulur.

Aprelin 5-də Ankara Kızılay Metro stansiyasında da eyni mövzulu rəsm sərgisi təşkil ediləcək. Daha bir sərgi yenə də eyni gündə Konyadakı Kültür Parkında baş tutacaq. Bundan başqa Milli İradə Meydanı və Nasrullah Cami Meydanında da aprelin 5-də rəsm sərgisi keçiriləcək.

Sərgilərin bərabərində mətbuat üçün açıqlamaların da təşkil ediləcəyi bildirilir.

Təşkilatçılar bildirir ki, bu dinc aksiyalar ümumaçıq olacaq və arzu edən hər kəsin iştirakından məmnun olardılar.

Aksiyaların təşkilatçısı qismində Uluslararası Doğu Türkistan Sivil Toplum Quruluşları Birliyi çıxış edir.

Tarix: Barın qətliamı 5 aprel 1990-cı ildə baş verib. Çinin işğalı altındakı Doğu Türkistanın qədim və tarixi şəhəri olan Kaşqarın Ağtuğ yörəsinə bağlı Barın qəsəbəsində baş vermiş olay dinc insanlara tətbiq edilmiş məzalimlə yaddaşlara köçüb. Bu olay zamanı Çin nizami hərbi hissələri Barın qəsəbəsini yerlə yeksan etmiş, rəsmi məlumatlara görə 170, əslində isə mindən çox dinc insanı öldürmüşdür. Eyni zamanda yüzlərlə günahsız insan həbs edilmişdir. Bu olaylara səbəb Çinin ailə planlaması adı altında uyğurları əritmə siyasətinə etiraz olmuşdur.

Mission News Theme by Compete Themes.