Press "Enter" to skip to content

Partiya başqanı milliyyətçiləri dövlət tərbiyəsinə dəvət etdi

Son yeniləmə: 4 Aprel 2021 09:58

Bayraqdar.info – Türkməneli Partiyası (TP) başqanı Riyaz Sarıkahya son günlər İraq Türkmən Cəbhəsi (İTC) ətrafında baş verənlərlə bağlı açıqlamayla çıxış edib. Geniş yayımlanmış açıqlamada bir sıra mühüm məqamlara aydınlıq gətirilir.

Riyaz Sarıkahya qeyd edir ki, baş verənlər, əslində cəmiyyətə tam açıqlanmasa da xoş olmayan proseslər gedirmiş. Məhz buna görə də İTC ilə bağlı “böyüklərimizə” bilgi verdik, gərəkli addımların atılmasını “uyğun gördük”.

TP başqanı onu da qeyd edib ki, başçılıq etdiyi partiya Türkmənelinin ən qədim siyasi partiyasıdır, şəxsi də ona 27 ildir başqanlıq edir. Bu dövr ərzində heç vaxt şəxsi maraqlarını güdmədiyini vurğulayan Riyaz Sarıkahya bir zamanlar Səddam Hüseynə qarşı mücadilə verdiyini xatırladır. Eyni zamanda qeyd edir ki, İraq Konstitusiyasında türkmənlərin haqlarının yer almasında məhz onun xidmətləri olmuşdur. Belə bir siyasi yol keçdiyinin altını cızan TP başqanı Ana Vətən Türkiyədə milliyyətçi kəsimin İTC-də başqan dəyişikliyinə verdiyi təpkini anlamadığını qeyd edib. O, İTC-dəki başqan dəyişikliyi məsələsində milliyyətçiləri “dövlət tərbiyəsi” sərgiləməyə dəvət edib.

Riyaz Sarıkahya onu da xatırladır ki, İTC-nin qurucularından biri olub. Əsas amac türkmən siyasi təşkilatlarını bir çatı altında tutmaqdı. Lakin 2005-ci ildə İTC başqanı seçilmiş Sadəttin Ərgəç Cəbhəni bir partiya kimi rəsmiləşdirib. Bu isə o deməkdir ki, İTC-ni quran 9 siyasi qurum “partiya içində partiya” durumuna düşüb. Təbii ki, belə bir durum türkmən siyasilərdə narazılıq yaradıb və ona görə də bölünmələr baş verib. Sonucda İTC tükmən toplumun cəmi 18 faizini təmsil edib, yerdə qalan 82 faiz bundan yararlana bilməyib.

TP başqanı İTC-nin düşdüyü durum haqqında geniş təhlil verdikdən sonra qeyd edir ki, quruma seçilmiş yeni başqan Hasan Turan davamlı bir dava adamıdır. Onun 18 illik siyasi həyatı, Kərkük valiliyəndə Məclis başqanlığı, Bağdadda millət vəkilliyi dönəmində türkmən toplumuna çox faydalı olduğu da TP başqanının müraciətində qeyd edilir. Ona görə də Riyaz Sarıkahya hər kəsi gərəksiz müzakirələrdən uzaq durmağa, türkmən toplumunun birlik və bərabərliyinə xidmət edəcək İTC başqan dəyişimini anlayışla qarşılamağa çağırır.

Mission News Theme by Compete Themes.