Press "Enter" to skip to content

Fahrettin Altun: Qəyyumlar demokratiyamıza bir daha əsla zərər verə bilməyəcək

Fahrettin Altun

Son yeniləmə: 5 Aprel 2021 13:04

Bayraqdar.info – “Təqaüddə olan bir neçə admiral bir araya gələrək bir “bəyanat” yazıb. “5-ci kolon” ünsürləri də dərhal həyəcanlanıb. Oturun oturduğunuz yerdə”.

Bu fikirlər Türkiyə Prezident Administrasiyasının İçtimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri Fahrettin Altunun Twitter hesabından verdiyi açıqlamada öz əksini tapıb.

“O Türkiyə keçmişdə qaldı! Bu millət 15 iyulda çevriliş həvəskarlarının qarşısını necə aldığını dosta-düşmənə göstərdi. Həddinizi bilin! Siz kimsiniz? Hansı haqla milli iradənin qanuni nümayəndələrinə barmaq silkələyirsiniz? Türkiyə hüquq dövlətidir. Bunu heç vaxt unutmayın. Qəyyumlar demokratiyamıza bir daha heç vaxt əsla zərər verə bilməyəcək. Xarici qüvvələrin zavallı əlaltıları böyüyən, güclənən Türkiyənin qarşısını kəsə bilməyəcək!” – deyə o, qeyd edib.

Türkiyənin Azərbaycandakı səfirliyindən verilən məlumata görə, F.Altun sosial media hesabından İçtimaiyyətlə Əlaqələr İdarəsinin binasının işıqları yanan fotolarını da paylaşaraq bunları qeyd edib: “15 iyula 103 gün qalarkən 103 hədsizin verdiyi mesaj ayaqlarımızın altındadır. Bu torpaqlarda son sözü əziz millətimiz deyir. Bu işıqlar hər bir anti-demokratik təşəbbüs və niyyətə qarşı əziz millətimiz üçün heç sönmədən yanacaqdır. Vəzifəmizin başında, millətimizin qulluğundayıq. Ankara Baş Prokurorluğu qalmaqallı bəyanatı “hazırlayanlar və əgər varsa bununla əlaqəli şəxslərin müəyyənləşdirilməsi, qanuni tədbirlər məqsədilə” istintaq başladıb. Sadəcə imzalayanlar yox, onları cəsarətləndirənlər də hüquq qarşısında cavab verəcək”.

Mission News Theme by Compete Themes.