Press "Enter" to skip to content

Kıbrısda sülhün tək təminatçısı Türkiyədir

Son yeniləmə: 6 Aprel 2021 10:33

Kıbrıs türk xalqı sülh istəyir və bu sülhün yeganə təminatçısı isə Türkiyə Cumhuriyyəti, Türk Silahlı Qüvvələridir

Bayraqdar.info – KKTC-nin Cümhurbaşqanı Ersin Tatar Yılmaz Boranın rəhbərliyi ilə Türk Müqavimət Təşkilatı (TMT) Mücahidlər Dərnəyi heyətini qəbul edərkən vacib məqamlara toxunub. Görüşdə KKTC-nin ötən müddətdə çox ağır proseslərdən keçərək qurum və quruluşları ilə daha da gücləndiyini bildirən E.Tatar “Bütün bu nemətlər durarkən bizi istəməyən tərəflə federasiya qurmaq absurddur”, – deyib.

“Artıq daha sağlam bir iradə ortaya çıxıb”, – sözlərini də dilə gətirən KKTC Cümhurbaşqanı bir zamanlar EOKA terror təşkilatı tərəfindən Kıbrıs türk xalqına qarşı soyqırımı həyata keçirildiyini söyləyib. Qeyd olunub ki, Kıbrıs türk xalqı sülh istəyir və bu sülhün yeganə təminatçısı Türkiyə Cümhuriyyəti, Türk Silahlı Qüvvələridir.

Görüşdə çıxış edən TMT Mücahidlər Dərnəyi başqanı Yılmaz Bora isə federasiyanın bir-birinə güvənən iki bərabər tərəf arasında ola biləcəyini deyib. O, rum tərəfinin yanaşması səbəbindən adada bu federasiyasının formalaşmasının münkün olmadığını bildirib.

Mission News Theme by Compete Themes.