Press "Enter" to skip to content

Türkiyə XİN: EOKA bizim və Kıbrıslı qardaşlarımızın gözündə bir terror təşkilatıdır

Son yeniləmə: 5 Aprel 2021 23:57

Bayraqdar.info – Kıbrısın rum kəsimində EOKA terror təşkilatının yaranmasının ildönümünün qeyd olunması Kuzey Kıbrısla yanaşı Türkiyədə də kəskin etirazla qarşılanıb. Türkiyənin Xarici İşlər Nazirliyindən bununla bağlı verilən yazlı açıqlamada Güney Kıbrıs kəsimində terrorçu EOKA-nın yaranmasının 66-cı ildönümünün anma törənləri ilə qeyd edilməsinin, həmçinin bu terror təşkilatının xatirəsinə poçt markasının buraxılmasının rum kəsimində Kıbrıs türklərini azlıq olaraq görən və onları yox sayan zehniyyətin davam etdiyinin sübutu olduğu bildirilib.

“EOKA bizim və Kıbrıs Türk qardaşlarımızın gözündə bir terror təşkilatıdır” sözlərinin əks olunduğu açıqlamada bu terror təşkilatının adadakı Kıbrıs Türk varlığını ortadan qaldırmak üçün 1963-1974-cü illərdə insanlıq əleyhinə cinayətlər törətdiyi bildirilib.

KKTC-nin Azərbaycandaki nümayəndəliyindən verilən məlumata görə, açıqlamada Türkiyənin keçmişdə olduğu kimi gələcəkdə də hər zaman Kuzey Kıbrıs Türk Cümhuriyyətinin ve Kıbrıs türklərinin təhlükəsizliyi və rifahı üçün yanlarında olmağa davam edəcəyi bildirilib.

Mission News Theme by Compete Themes.