Press "Enter" to skip to content

İraq türkmən siyasi qurumları seçkiyə ortaq siyahıyla gedir – VİDEO

Son yeniləmə: 8 Aprel 2021 17:31

Bayraqdar.info – İraqdakı mənbələrimizin verdiyi xəbərə görə, aprelin 8-də Kərkükdə İraq Türkmən siyasi partiyaları bir ortaq toplantı keçirərək birlikdə hərəkət etmə qərarı veriblər. İraq Türkmən Cəbhəsinin başçılığı altında keçirilən toplantıda, siyasət, güvənlik, birlik məsələləri müzakirə edilib. Müzakirələr sonucu ortaq sənəd imzalanıb. Qərara alınıb ki, bu il oktyabrın 10-na nəzərdə tutulmuş parlament seçkilərinə İraq tükmənləri vahid siyahıyla qatılsınlar. Siyahıya İraq Türkmən Cəbhəsinin başqanı Hasan Turan başçılıq edəcək.

“İraq Türkmənləri Cəbhəsi Koalisiyası” adı altında seçkiyə qatılacaq siyahının ortaqları İraq Türkmən Cəbhəsi, Türkmən Milliyyətçi Hərəkatı, Türkmən Ədalət Partiyası, Türkməneli Partiyası, Türkmən Qərar Partiyası, Türkmən İradə Partiyası, Türkmən Haqq Partiyası, Türkmən Vəfa Hərəkatı və Türkmən İslam Birliyidir.

Mission News Theme by Compete Themes.