Press "Enter" to skip to content

Krım tatarlarının məsələləri müzakirə edilib

Son yeniləmə: 8 Aprel 2021 10:10

Bayraqdar.info – Avropa Şurası İnsan Haqları komissarı Dunya Miyatoviç Kiyevə səfəri çərçivəsində Krım tatarlarının təmsilçiləri ilə görüşüb. Kiyevdəki mənbələrin verdiyi xəbərə görə, görüşdə Krım tatarlarının əfsanəvi öndəri, Ukrayna parlamentinin üzvü Mustafa Krımoğlu, Krım Tatar Milli Məclisinin (KTMM) başqanı Refat Çubar, KTMM başqan yardımçısı, Ukrayna parlamentinin üzvü Axtem Çiygöz iştirak edib.

Tərəflər Krımda insan haqlarının durumunu müzakirə ediblər. Qeyd olunub ki, Rusiyanın işğalı altındakı Krımda tatarlar davamlı basqı altındadır. Onların ən adi insan hüquqları belə görməzlikdən gəlinir, işğal gücləri tatarlara göz açmağa imkan vermir. Tatar fəalları, hətta hər hansı ictimai-siyasi fəallığıyla seçilməyənlər rus zindanlarına atılır.

Krım təmsilçiləri söhbət əsnasında bu il avqustun 23-də Kiyevdə keçiriləcək “Krım platforması” haqqında da fikir mübadiləsi aparıb.

İşbirliyi məsələlərinin də müzakirə edildiyi görüşdə Krımı qanunsuz – Ukraynanın izni olmadan ziyarət edən əcnəbilərlə bağlı qayğılar da dilə gətirilib.

Şəkil internetdəki açıq mənbələrdən götürülüb. Soldan sağa: Axtem Çiygöz, Mustafa Krımoğlu, Dnuya Miyatoviç, Refat Çubar

Mission News Theme by Compete Themes.