Press "Enter" to skip to content

Müəllimlərin işə qəbulu üçün növbəti onlayn müsahibələr başlayır

Son yeniləmə: 8 Aprel 2021 17:46

Bayraqdar.info – Aprelin 13-dən müəllimlərin işə qəbulu müsabiqəsinin növbəti müsahibə mərhələsi üçün elektron sənəd qəbulu başlanılacaq.

Bu barədə Təhsil Nazirliyi açıqlama yayıb. Açıqlamada bildirilir ki, müsahibə mərhələsinin elektron sənəd qəbulu 13-14 aprel tarixlərini əhatə edəcək.

“Aprelin 13-dən namizədlər şəxsi səhifələrinə daxil olaraq onlayn müsahibələrdə iştirak etmək üçün hazırlanmış təlimatla tanış ola bilərlər. Namizədlər təlimatla tanış olduqdan sonra müsahibə linkinin göndəriləcəyi elektron poçt ünvanlarını müvafiq xanaya yazaraq iştiraklarını təsdiq etməlidirlər”, – deyə xəbərdə bildirilir.

Nazirlik onu da qeyd edir ki, elektron sənəd qəbulu üçün son müraciət tarixi 14 aprel saat 23:59-dur. Namizədlərin məlumatları yoxlanıldıqdan sonra şəxsi səhifələrinə müvafiq məlumat göndəriləcək.

“Qeyd edək ki, ölkə ərazisində xüsusi karantin rejiminin uzadılması ilə əlaqədar olaraq müsahibələr əvvəlki qaydada, “Microsoft Teams” platforması üzərindən onlayn həyata keçiriləcək. Cari müsahibələr başa çatdıqdan sonra apelyasiya prosesinin təşkili nəzərdə tutulub”, – deyə nazirlik bildirir.

Mission News Theme by Compete Themes.