Press "Enter" to skip to content

Taekvondoçularımız Avropa çempionatında mübarizəyə başlayır

Son yeniləmə: 8 Aprel 2021 11:41

Bayraqdar.info – Azərbaycanın 4 taekvondoçusu bu gün Bolqarıstanın paytaxtı Sofiyada başlayacaq Avropa çempionatında mübarizəyə qoşulur. Bu barədə Azərbaycan Taekvondo Federasiyasından xəbər verilib.

Bildirilib ki, kişilər arasında 54 kq çəki dərəcəsində Bəhruz Quluzadə 1/8 finalda Mateya İvanoviç (Serbiya) ilə üz-üzə gələcək.

58 kq-da yarışan Pərviz İsgəndərov 1/16 finalda Stepan Dmitrovla qarşılaşacaq.

Qadınlardan Minayə Əkbərova (46 kq) 1/8 finalda Almaniyanı təmsil edən Özlem Gürüzün, 2016-cı il Rio Yay Olimpiya Oyunlarında bürünc medal qazanan Patimat Abakarova (49 kq) eyni raundda Martina Korellinin müqavimətini qırmağa çalışacaq.

Federasiyadan bildirilib ki, Avropa çempionatına aprelin 11-də yekun vurulacaq. Azərbaycanı yarışda 11 taekvondoçumuz təmsil edir.

Mission News Theme by Compete Themes.