Press "Enter" to skip to content

Ukrayna Prezidenti əyninə əsgər paltarı geyinib cəbhəyə yollandı

Son yeniləmə: 8 Aprel 2021 20:54

Bayraqdar.info – Ukrayna Prezidenti Volodimir Zelenski Donbas cəbhəsinə gedib. Anadolu Agentliyinin məlumatına görə Donbas cəbhəsində son günlər ən çox atəşkəsin pozulduğu bölgələri ziyarə edən Zelenski həmin cəbhə xəttində hərbi xidmətdə olan əsgərlərlə də görüşüb.

Görüşdə əsgərlərə, “Siz qəhrəmanlığın və qətiyyətin gerçək örnəklərisiniz. Dövlətimizi qorumaq üçün həlak olan əsgərlərimizi yad edirik” deyən Ukrayna prezidenti onlara minnətdarlıq edib.

Zelenski və hərbçilər həlak olan əsgərlərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Sonra Ukrayna Prezidenti hərbçilərlə birlikdə nahar edib.

Mission News Theme by Compete Themes.