Press "Enter" to skip to content

Peşə məktəblərinə direktor müavinləri işə götürülür

Bayraqdar.info – Peşə təhsili müəssisələrinə direktor müavinlərinin işə qəbulu üzrə elektron qeydiyyat prosesi başlayır. Bu haqda Təhsil Nazirliyindən bildirilib.

“Müraciətlərin qeydiyyatı 14-21 aprel tarixlərində portal.edu.az elektron müraciət portalı vasitəsi ilə həyata keçirilir. Portal elektron müraciətlərin ünvanlanması, müraciət sənədlərinin təqdim edilməsi, müsabiqə və müsahibə mərhələlərinə dəvət və nəticələr barəsində məlumatlandırma üçün nəzərdə tutulub”, – deyə Nazirlikdən bildiriblər.

Nairlik qeyd edir ki, müsabiqə elektron әrizәlәrin qәbulu, imtahan və müsahibә mәrhәləsindən ibarətdir. Müsabiqə peşə təhsili müəssisələrinin boş olan tədris-istehsalat işləri, təlim-tərbiyə işləri və inzibati-təsərrüfat işləri üzrə direktor müavini vəzifələri üzrə 3 mərhələli şəkildə aparılır.

Mission News Theme by Compete Themes.