Press "Enter" to skip to content

Muzey eksponatının hekayəsini sən danış: Nizami Gəncəvi

Son yeniləmə: 21 Aprel 2021 13:54

Bayraqdar.info – “2021-in “Nizami Gəncəvi İli” elan edilməsi, habelə dahi Azərbaycan şairinin 880 illik yubileyi münasibətilə Mədəniyyət Nazirliyi Nizami Gəncəvinin həyat və yaradıcılığının əks olunduğu sənət nümunələri – muzey eksponatlarının ən yaxşı hekayəsi ilə bağlı müsabiqə elan edir.”

Mədəniyyət Nazirliyinin yaydığı açıqlamada deyilir ki, zaman-zaman sənətkarlar öz yaratdıqları əsərlərin üzərində Nizami Gəncəvinin poemalarından misralar və ya süjetlər həkk ediblər. Məhz bu səbəbdəndir ki, ölkəmizdə, o cümlədən dünya muzeylərində Nizami Gəncəvi yaradıcılığını, xüsusilə “Xəmsə” motivlərini əks etdirən nadir eksponatlar qorunur.

Müsabiqənin təşkilində əsas məqsəd daim insanları əxlaqi kamilliyə çağıran, yüksək mənəvi keyfiyyətlər aşılayan və maarifləndirici xüsusiyyətləri özündə əks etdirən Nizami Gəncəvi yaradıcılığının, eləcə də “Xəmsə” motivli nadir eksponatların təbliği, muzey sahəsində cəmiyyətdə yaradıcılıq fəaliyyətinin inkişaf etdirilməsi, istedadlı müəlliflərin aşkara çıxarılması, mədəniyyətimizə marağın artırılmasıdır.

“Müsabiqədə 14 eksponat təqdim edilir. İştirakçı eksponatlardan birini seçərək ona həsr olunmuş hekayə yazmalıdır. Təqdim olunan eksponatlar arasında seçim etmək sərbəstdir” – deyə Nazirlik bildirir.

Qeyd edilib ki, qaliblərə hədiyyələr təqdim ediləcək.

Mission News Theme by Compete Themes.