Press "Enter" to skip to content

KKTC Cümhrubaşqanının Cenevrə danışıqları ilə bağlı bəyanatı yayıldı

Bayraqdar.info – Xəbər verdiyimiz kimi, 27-29 aprel günlərində Cenevrədə Kıbrıs adasının taleyini həll etmək istiqamətində 5+BM formatında görüş keçirilib. Görüşdə Kuzey Kıbrıs Türk Cümhuriyyəti ilə yanaşı Türkiyə, Böyük Britaniya, Yunanıstan, BMT və Kıbrıs rum kəsiminin təmsilçiləri iştirak edib.

Az öncə Cenevrədən daxil olan xəbərə görə, KKTC Cümhurbaşqanı Ersin Tatar görüşün sonuclarıyla bağlı bəyanatla çıxış edib.

Bayraqdar.info-ya daxil olan bəyanatda deyilir:

“Cenevrədəki bu qeyri-rəsmi danışıqlara görə BMT Baş katibi Antonio Guterreşə təşəkkür edirəm. Bu, adadakı hazırkı gerçəkliklər əsasında Kıbrısda iki dövlətli həll üzrə bizim görüşlərimizi təqdim etmək üçün dəyərli bir imkan oldu.

Vacibdir ki, biz Kıbrısdakı status-kvonu sona çatdıraq və iki qonşu dövlət arasında münasibətləri normallaşdıraq.

Biz 44 illik uğursuz iki zonalı, iki icmalı federasiya danışıqları aparmışıq və Kıbrıs türkləri bu uğursuzluqların ağır yükünü daşımaqdadır. Uluslararası müstəvidə təcrid olunmuş və təməl hüquqlarımızdan məhrum edilmiş durumdayıq. Biz bunu qəbul edə bilmərik.

Kıbrıs türkləri və Kıbrıs rumları Kıbrısda vazkeçilməz suveren hüquqlara sahibdir. Bizim hər ikimiz bərabərik. Ona görə də suveren bərabərliyimizi və bərabər uluslararası statusumuzu əks etdirmək üçün BMT-nin mandatı dəyişdirilməlidir. Biz bu müzakirələr mərhələsini arxada qoyduğumuz vaxtda əminəm ki, hamımızın istədiyimiz o dəyişiklik baş verəcək.

O səbəbdən BMT Baş katibinin ortaq əsasların tapılması istiqamətində daha artıq danışıqlar istəyini alqışlayıram.

Biz Cenevrəni optimist ruhda tərk edirik. Kıbrıs türkləri Kıbrıs mübahisəsinin dayanıqlı həllinə nail olmaq üçün öz tərəflərindən pozitiv rol oynamağa davam edəcək”.

Əlavə edək ki, KKTC tərəfi adada iki bərabərhüquqlu müstəqil dövlətin tanınması təklifi ilə çıxış edir. Kıbrıs rum kəsimi isə bunu rədd edir, Kıbrıs türklərini federal dövlətdə birləşməyə çağırır. Bu isə türklər üçün heç bir halda məqbul sayıl bilməz. Çünki 1960-lardan sonra baş verən olaylar, türklərə qarşı törədilən məzalim Kıbrıs türklərinin heç bir halda rumlara yenidən güvənməsinə imkan vermir. Bundan başqa, KKTC artıq 40 ildir ki, müstəqil dövlət kimi mövcuddur və bundan sonra geri dönüş onsuz da mümkün deyil.

Mission News Theme by Compete Themes.