Press "Enter" to skip to content

KKTC Cümhurbaşqanı: Dr. Küçükün yandırdığı məşəl sönməyəcək

Bayraqdar.info – Kuzey Kıbrıs Türk Cümhuriyyətində (KKTC) inşa edilən yeni hava limanına Dr. Fazil Küçükün adı verilə bilər.

Bunu KKTC Cümhurbaşqanı Ersin Tatar Dr. Fazıl Küçük Vəqfinin Qəyyumlar Şurasının sədri Mehmet Küçükün rəhbərlik etdiyi nümayəndə heyətilə görüşdə deyib.

E.Tatar bu barədə Türkiyə Cümhurbaşqanı Recep Tayyip Erdoğan və Xarici İşlər naziri Mevlüt Çavuşoğlu ilə də məsləhətləşmələr aparıldığını söyləyib. Bu təklifin Türkiyə rəsmilərində də məmnunluq yaratdığı vurğulanıb.

KKTC-nin dünyaya açılan pəncərəsinə Dr. Fazıl Küçükün adının verilməsinin Kıbrıs türklərinin müstəqillik mübarizəsilə bağlı dünyaya güclü bir mesaj olacağı bildirilib.

E.Tatar məhz Dr. Küçükün yandırdığı məşəllə bu gün Kıbrıs türklərinin müstəqil bir dövlətə sahib olduqlarını deyib.

KKTC Cümhurbaşqanı görüşdə iki suveren dövlətin bərabərhüquqlu əməkdaşlığına əsaslanaın yeni həll təklifinin bölgənin gələcəyi üçün önəmindən də bəhs edib.

Bildirilib ki, Cenevrədə keçirilmiş 5+BM formatındakı qeyri-rəsmi toplantıda Kıbrıs türk tərəfi tarixi bir addım atıb. Eyni zamanda, mövcud federasiya şərtlərinin Kıbrıs türkləri üçün təhlükə törətdiyi vurğulanıb: “Rum tərəfinin nəzərdə tutduğu heç də bizim anladığımız tərzdə bir federasiya deyil. Cenevrədə oyun pozuldu”.

Cümhurbaşqanı E.Tatar, Kıbrıs türklərinin suverenlyinin tarixdən gələn bir haqq olduğunu və müzakirə mövzusu olmayacağını da bir daha bəyan edib.

Dr. Fazıl Küçük Vəqfinin Qəyyumlar Şurasının sədri Mehmet Küçük isə öncə Vəqfin fəaliyyəti və problemləri barədə məlumat verib. O, eyni zamanda yeni inşa edilən hava limanına Dr. Fazıl Küçükün adının verilməsi xahişinin əks olunduğu məktubu və Vəqfin nəşr etdirdiyi kitabları Cümhurbaşqanına təqdim edib.

Görüşdə KKTC Cümhurbaşqanlığı Basın Yayın Araşdırma Arxiv danışmanı Aydın Akkurt da iştirak edib.

Mission News Theme by Compete Themes.