Press "Enter" to skip to content

Məşhur karikaturaçımız yeni uğurlara imza atdı

Bayraqdar.info – Azərbaycan çağdaş karikatura sənətinin dünyada tanıdılmasında əvəzsiz xidmətləri olan, davamlı şəkildə müxtəlif beynəlxalq yarışlarda iştirak edən Seyran Cəfərli bu dəfə də bizi sevindirib.

Rəssamın bayraqdar.info-ya verdiyi xəbərə görə, o, bugünlərdə Malayziyada keçirilmiş “Yolda təhlükəsizlik” mövzulu Uluslararası Karikatura Yarışmasında 1-ci yeri qazanıb.

Bununla bərabər S.Səfərli Suriya Karikatura Saytı Aylıq Uluslararası Karikatura Yarışmasının aprel sonuclarına görə də xüsusi mükafata layiq görülüb.

Onu da əlavə edək ki, Azərbaycanlı karikatura ustası sonuncu qurumun mart ayı ərzində keçirilmiş seçim turunda münsiflər heyətinin üzvü olub.

Qeyd etdiyimiz kimi, qlobal səviyyədə Azərbaycan karikatura sənətini uğurla tanıdan S.Cəfərli bu vaxta kimi 160-dan çox beynəlxalq mükafata layiq görülüb. Eyni zamanda usta sənətçi kimi bir sıra beynəlxalq yarışmalarda münsiflər heyətinin üzvü olub.

Mission News Theme by Compete Themes.