Press "Enter" to skip to content

1-c divizionun 25-ci turunun yarışları başlayır

Son yeniləmə: 6 May 2021 12:05

Bayraqdar.info – Mayın 6-dan etibarən 1-ci divizionun 25-ci turunun oyunları başlayır.

Peşəkar Futbol Liqasının paylaşdığı oyun cədvəlində turun başlama vaxtı və məkanı göstərilib.

Cədvələ əsasən, məlum olur ki, “Qarabağ-2” və “Keşlə-2” komandaları mayın 6-da saat 14:00-da ASCO Arenanın futbol meydanında qarşılaşacaqlar.

Növbəti qarşılaşma yenə də 6 may saat 16:00-da “Sabah-2” və “Turan Tovuz” komandaları arasında Bank Respublikanın ehtiyat meydanında baş tutacaq.

Cədvəldə daha sonra “Neftçi-2”–“Kəpəz” komandalarının Türk Hava Yollarının meydançasında yenə də mayın 6-da saat 17:00-da görüşəcəkləri qeyd eidlir.

Mayın 7-də qarşılaşacaq komandalar isə bunlardır:

“MOİK”–“Sumqayıt-2” Binə qəsəbə stadionunda saat 16:00-da yarışacaqlar.

PFL-in cədvəlinə əsasən növbəti qarşılaşma da mayın 7-də “Zaqatala”-“Qarabağ L” komandaları arasında olacaq. Bu qarşılaşma saat 16:00-da Zaqatala Olimpiya Komlpeksinin stadionunda baş tutacaq.

Mission News Theme by Compete Themes.