Press "Enter" to skip to content

Bayram günlərində xüsusi məhdudiyyət tətbiq edilməyəcək – VİDEO

Son yeniləmə: 6 May 2021 12:50

Bayraqdar.info – “Bu il yanvarın 18-dən başlayaraq ölkəmizdə COVID-19 virusu ilə mübarizə məqsədilə vaksinasiya prosesi uğurla aparılır. Tibb işçiləri arasında məqsəd qruplarının 90 faizi artıq vaksinasiya olunub. Təhsil sistemində çalışanlar da buna yaxınlaşırlar.”

Bu fikirləri Səhiyyə nazirinin birinci müavini, Səhiyyə nazirinin vəzifələrini müvəqqəti icra edən Teymur Musayev Nazirlər Kabineti yanında Operativ Qərargahın mayın 6-da keçirilən brifinqində deyib. Onun sözlərinə görə, reanimasiyadakı xəstələrin sayı da aşağı düşüb.

“Ölkələr arasında vaksinlər qeyri-ədalətli bölünüb. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizə vaksinlər gətirilib”, – deyən T.Musayev vaksinlərdən danışarkən iki dozanı almış vətəndaşlar arasında yoluxma sayının da aşağı səviyyədə olmasından danışıb. Daha sonra nazir müavini bildirib ki, ölkəmizdə bu gün 1 min 600 nəfər ilk dozanı alıb.

“Mayın 10-da 18 yaşına çatmış bütün Azərbaycan vətəndaşları vaksinasiya prosesinə qoşula bilərlər. Bu, böyük şansdır. Mən hər bir vətəndaşı bütün bu kampaniyaya qoşulmağa çağırıram”, – deyə T.Musayev vətəndaşlara səslənib.

T.Musayev Ramazan bayramı günlərində yeganə məhdudiyyətin ictimai nəqliyyatla bağlı olacağını qeyd edib.

Mission News Theme by Compete Themes.