Press "Enter" to skip to content

KKTC Cümhurbaşqanı yeni fakültələr haqqında

Ersin Tatar: Universitetlərdə açılacaq yeni fakültələr KKTC-nin gələcəkdə ehtiyacı olacaq kadrların hazırlanmasında mühüm rol oynayacaq

Bayraqdar.info – Bu gün Kıbrıs adasında iki suveren dövlətdən biri kimi dünya miqyasında tanınmaq üçün mübarizə aparan Kuzey Kıbrıs Türk Cümhuriyyəti eyni zamanda bütün sahələrdə inkişafı hədəfləyib. Heç şübhəsiz uğurların qazanılmasının bir yolu da savadlı və müasir dünya görüşlü kadrların hazırlanmasından keçir.

Elə KKTC Cümhurbaşqanı Ersin Tatarın Yükseköğretim Planlama, Denetleme, Akreditasyon ve Koordinasyon Kurulu (YÖDAK) Başqanı Prof. Dr. Turgay Avcı ilə görüşündə də bu məqamlara toxunulub.

Görüşdə E.Tatar universitetlərin KKTC iqtisadiyyatı, siyasəti, mədəniyyəti və ölkənin dünyaya tanıdılması baxımından ən önəmli sektor olduğunu deyib.

KKTC Cümhurbaşqanlığından verilən xəbərə görə, E.Tatar bu dərəcədə önəmli sektorun doğru qərarlar və baxışlarla idarə edilməsinin vacibliyini vurğulayıb. O, eyni zamanda yeni açılacaq fakültələrin KKTC-nin gələcəkdə ehtiyacı olacaq kadrların hazırlanmasında mühüm rol oynayacağını deyib.

Mission News Theme by Compete Themes.