Press "Enter" to skip to content

Kolumbiyadan Azərbaycanın minatəmizləmə təcrübəsinə diqqət

Bayraqdar.info – Kolumbiyanın nüfuzlu rəqəmsal mediası “Las2Orillas”qəzetində “Piyada əleyhinə minalar və törətdiyi faciələr haqqında” başlıqlı yazı dərc olunub.

Tanınmış jurnalist Roberto Trobaxonun müəllifi olduğu yazıda azad olunmuş ərazilərimizdə Ermənistan tərəfindən aparılmış kütləvi minalama və Azərbaycanın həyata keçirdiyi minatəmizləmə işlərindənn bəhs edilib.

Bu barədə ölkəmizin Meksikadakı səfirliyinədn məlumat verilib.

Məlumatda deyilir ki, yazıda Kolumbiya və Azərbaycanın üzləşdiyi, ərazilərinin kütləvi minalanması problemləri arasında paralellər gətirilir. Kolumbiyada partizan dəstələri və silahlılar tərəfindən ölkə üzrə geniş ərazilərdə hüquq-müfahizə orqanlarına qarşı kütləvi minalama aparılıb. Bu isə 3 milyona yaxın əhalinin məcburi qaydada yaşadıqları rayonları tərk etməsinə səbəb olub.

Eyni zamanda, Azərbaycan ərazisində də Ermənistan tərəfindən 30 ilə yaxın davam etmiş işğal müddətində çoxlu sayda mina basdırılmasının 1 milyona yaxın məcburi köçkünün öz torpaqlarına qayıtmasına ciddi maneə törətdiyi qeyd olunur.

Bununla yanaşı, Kolumbiyada sözügedən qeyri-qanuni qruplaşmaların minaların yerləşmə xəritəsini hökumətə təqdim etməkdən boyun qaçırdığı kimi, Ermənistan rəhbərliyinin də Azərbaycan ərazisində kütləvi şəkildə minaladığı sahələrin xəritəsini verməkdən imtina etdiyi vurğulanır.

Qeyd olunan məqamların həm Kolumbiya, həm də Azərbaycanda günahsız mülki insanlar arasında çoxsaylı tələfata səbəb olduğu məlumat verilir.

Ermənistan tərəfinin bu davranışının Azərbaycan xalqına qarşı uzun müddətdir yürütdüyü etnik təmizləmə siyasətinin davamı olduğu, regionda yaşayış infrastrukturunun bərpasını və məcburi köçkünlərin qayıdışını ləngitdiyi söylənilir.

Yazıda beynəlxalq ictimaiyyətin minaların yerləşmə xəritəsini təqdim etməsi üçün Ermənistana təzyiq etməli olduğu da bildirilir.

Sonda Azərbaycan hökumətinin mövcud maneələrə baxmayaraq, sarsılmaz iradə nümayiş etdirdiyi, soydaşlarının mümkün qədər qısa vaxtda öz evlərinə qayıtmaları üçün ərazilərin minalardan təmizlənməsi istiqamətində müasir texnologiyalardan istifadə etməklə nəzərə çarpacaq irəliləyişlər əldə etdiyi bildirilir.

Yazıda ölkəmizin bölgədə yaşayış infrastrukturunun bərpası üzrə geniş miqyaslı layihələr həyata keçirməkdə olduğu, habelə Azərbaycanın minatəmizləmə işlərinə pilotsuz uçuş aparatları cəlb etməsi təcrübəsindən Kolumbiyanın da yararlana biləcəyi qeyd edilir.

Mission News Theme by Compete Themes.