Press "Enter" to skip to content

İtaliya mətbuatı da Heydər Əliyevi yad edir

Bayraqdar.info – Ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü ilə əlaqədar İtaliyanın “Insideover” və “LoSpessore” analitik xəbər portallarında məqalələr dərc olunub.

Bu barədə ölkəmizin İtaliyadakı səfirliyindən məlumat verilib.

Jurnalist Emanuel Pietrobonun “Insideover”də dərc olunmuş “Heydər Əliyev, müstəqil Azərbaycanın qurucusu” adlı məqaləsində müəllif ulu öndərin həyat və fəaliyyətinin müxtəlif mərhələlərini təhlil edir.

Yazıda Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın güclü dövlətə çevrildiyi, yüksək iqtisadi nailiyyətlər əldə etdiyi, Türkiyə, İtaliya, Çin, İsrail kimi müttəfiq və strateji tərəfdaşlarının olduğu bildirilir.

Eyni zamanda Azərbaycanın strateji enerji və nəqliyyat layihələrinin təşəbbüskarı və icraçısı olduğu, Vətən müharibəsində qələbə qazanaraq öz ərazi bütövlüyünü bərpa etdiyi bildirilir.

Müəllif bu uzun yolun mənbəyinin haradan başlandığını anlamaq üçün müstəqil Azərbaycanın qurucusu olan Heydər Əliyev irsinin təhlil edilməsinin vacib olduğunu qeyd edir.

Məqalədə Ümummilli Liderin həm sovet, həm də müstəqillik illərindəki fəaliyyətindən də geniş bəhs edilir.

Jurnalist Domeniko Letitsianın “LoSpessore”də dərc olunmuş “Heydər Əliyevin anadan olmasının ildönümü azad olunmuş torpaqların yenidən qurulması dövründə” adlı məqaləsində də ulu öndərin Sovetlər dönəmindəki fəaliyyəti ətraflı təhlil edilir.

Məqalədə Prezident İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində Azərbaycanın əldə etdiyi qələbə, bunun ölkənin davamlı inkişafında yeni mərhələ açmasından da danışılır. Azad olunmuş ərazilərdə böyük yenidənqurma işlərinin aparılmasından bəhs edilir. Bütün bunların ümummilli liderin siyasətinin təntənəsi olduğu bildirilir.

Mission News Theme by Compete Themes.