Press "Enter" to skip to content

Prezident İlham Əliyev Naxçıvanda açılışlarda iştirak edib

Bayraqdar.info – Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da səhər erkəndən ulu öndər Heydər Əliyevin Fəxri Xiyabandakı məzarını ziyarət etdikdən sonra Naxçıvan Muxtar Respublikasına səfər edib.

Bu haqda xəbəri Prezident Administrasiyasından veriblər.

Prezidenti Naxçıvan Beynəlxalq Hava Limanında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov qarşılayıb.

Bundan sonra ölkə başçısının proqramının icrasına başlanılıb.

Prezident səfər çərçivəsində Naxçıvan Beynəlxalq Hava Limanının yeni uçuş-enmə zolağının təqdimatında iştirak edib. O, burada görülən işlərlə tanış olub.

Daha sonra ölkə başçısı Əlahiddə Ümumqoşun Ordunun hərbi aerodromunun açılışına qatılıb.

Ölkə başçısı ümummilli lider Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzində ucaldılan abidəsini də ziyarət edib.

İlham Əliyev Naxçıvan şəhərində “ASAN xidmət” Mərkəzinin binasının tikintisi ilə də tanış olub.

Bundan sonra ölkə başçısı “Azərxalça” ASC-nin Naxçıvan filialının açılışında iştirak edib.

Ölkə başçısının iştirakı ilə daha bir açılış da Naxçıvan Qarnizonu Mərkəzi Hospitalı olub.

Növbəti açılış isə Naxçıvanda Süni Mayalanma Mərkəzidir.

Bunun ardınca dövlət başçısı Culfa-Ordubad magistral avtomobil yolunun açılışına qatılıb.

Prezident İlham Əliyev Ordubad Su Elektrik Stansiyasının tikintisinə baş çəkib.

Bundan sonra isə Ordubad dəmir yolu stansiyasında görülən işlərlə tanış olub.

Dövlət başçısının “Ordubad rayon mərkəzi və ətraf kəndlərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsinin açılışında iştirak etdiyi də verilən xəbərlər arasındadır.

Mission News Theme by Compete Themes.