Press "Enter" to skip to content

Güney Azərbaycan: Tehran rejimi bayram günlərində də təqiblərə ara vermir

Bayraqdar.info – Mayın 12-də saxlanılmış Güney Azərbaycanlı milli fəal Əkbər Qulizadə cəzasını çəkmək üçün “Böyük Tehran həbsxanası”na köçürülüb.

Əkbər Qulizadə əvvəllər Şəhriar İnqilab Məhkəməsi tərəfindən 3 ay 1 günlük həbs cəzasına məhkum edilmişdi.

Bu hökm sonradan Tehran Apelyasiya Məhkəməsinin 54 saylı şöbəsi tərəfindən qüvvədə saxlanıldı.

İran İnsan Haqları Fəalları Dərnəyinin verdiyi xəbərə görə, Ə.Qulizadə əvvəllər – 7 Mart 2018-ci ildə həbs edilib və həmin ilin 19 martında müvəqqəti sərbəst buraxılıb.

Milli fəal Şəhriyar İnqilab Məhkəməsi tərəfindən “rejimə qarşı təbliğat” ittihamı ilə məhkum olunub.

Əslində isə o, yetkinlik yaşına çatmamış uşaqların işlədilməsi, evsizlər və yoxsul vətəndaşların ağır yaşayış şərayitləri barədə məlumat verdiyinə görə rejimin qəzəbinə tuş gəlib.

C.E

Qaynaq: GünAz.TV

Mission News Theme by Compete Themes.