Press "Enter" to skip to content

Türkiyəyə göndərilən daha 5 qazi sağalaraq Vətənə dönüb

Son yeniləmə: 16 May 2021 14:34

Bayraqdar.info – Ağır yaralanan və müalicə üçün “YAŞAT” Fondu tərəfindən Türkiyəyə göndərilən 5 qazi sağalaraq Vətənə dönüb.

Bu bardədə bayraqdar.info-ya Fonddan məlumat verilib.

Məlumatda deyilir ki, qazilərin qarşıdakı aylarda müalicəsi üçün nəzərdə tutulan dərman vasitələri də Fond tərəfindən təmin edilib.

Hazırda daha 64 qazinin müvafiq müayinə, müalicə və reabilitasiya prosesi Türkiyədə davam etdirilir. Onlar qardaş ölkəyə “YAŞAT” Fondu tərəfindən Türkiyədən Azərbaycana gətirilən, həmçinin yerli həkimlərin rəyi nəzərə alınaraq göndərilib.

“YAŞAT” Fondu qazilərin müalicəsini tam yekunlaşana qədər nəzarətdə saxlayacaq.

Xatırladaq ki, “YAŞAT” Fonduna müraciət etmək və Fondun fəaliyyəti ilə tanış olmaq üçün yashat.gov.az portalı istifadədir. Həmçinin Fondun 8110 nömrəsi altında çağrı mərkəzi fəaliyyət göstərir.

Mission News Theme by Compete Themes.