Press "Enter" to skip to content

İqtisadiyyat Nazirliyinin kollektivi peyvəndləmədə fəal iştirak edir

Son yeniləmə: 17 May 2021 17:15

Bayraqdar.info – Məlum olduğu kimi, 2021-ci ilin yanvar ayından etibarən ölkə üzrə koronavirus infeksiyasına qarşı vaksinasiya prosesi mərhələli şəkildə davam etdirilir. Vaksinasiya Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq keçirilir. Qeyd edək ki, İqtisadiyyat Nazirliyi və onun qurumları da bu prosesdə yaxından iştirak edir.

Qurumdan bayraqdar.info-ya verilən məlumata görə, mayın 16-dan etibarən Nazirlik əməkdaşlarının növbəti səyyar vaksinasiyası təşkil edilib. İqtisadiyyat Nazirliyinin təşəbbüsü və TƏBİB-in təşkilatçılığı ilə Bakı Biznes Mərkəzində keçirilən vaksinasiya həftənin sonunadək davam edəcək.

Məlumatda da o da bildirilir ki, Nazirliyin minə yaxın əməkdaşı 2-ci doza, 950-dən çox əməkdaşı isə 1-ci doza vaksinin vurulması üçün müraciət edib. Onların bu həftə ərzində peyvənd olunması nəzərdə tutulur.

Mission News Theme by Compete Themes.