Press "Enter" to skip to content

Müəllimlərin yerdəyişməsi üzrə sənəd qəbulu yekunlaşıb

Son yeniləmə: 17 May 2021 16:26

Bayraqdar.info – Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinə elektron sənəd qəbulu mərhələsi başa çatıb.

Xəbəri bayraqdar.info-ya Təhsil Nazirliyindən veriblər.

Xəbərdə deyilir ki, 5-16 may tarixlərini əhatə edən bu mərhələdə 13 min 105 şəxs müsabiqədə iştirak etmək üçün müraciət edib. Onlardan 8 min 441 nəfəri ərizəsini tamamlayaraq iştirakını təsdiq edib.

Müsabiqənin növbəti mərhələsində namizədlərin ərizələri yoxlanıldıqdan sonra elektron yerləşdirmə həyata keçiriləcək.

Mission News Theme by Compete Themes.