Press "Enter" to skip to content

“Azərbaycanım” uşaq rəsm festivalı keçiriləcək

Bayraqdar.info – Mayın 25-27-də “Azərbaycanım” IV Respublika uşaq rəsm festivalı keçiriləcək. Tədbirin təşkilatçısı Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzidir. Dəstəkçi isə Mədəniyyət Nazirliyi, AzTV, Xətai Rayon İcra Hakimiyyəti, Azərbaycan Rəssamlar İttifaqı və Naxçıvan Rəssamlar Birliyidir.

Xəbəri Mədəniyyət Nazirliyi yayıb.

Xəbərdə deyilir ki, festival rəssamlıq istedadına malik uşaqlar, yeniyetmə və gənclərin bədii zövqünü inkişaf etdirmək, doğma Vətənə məhəbbət hisslərini artırmaq məsədilə keçiriləcək.

Müsabiqədə seçilən 3 yaş kateqoriyası üzrə ən yaxşı 30 əsərin müəllifi festival çərçivəsində keçiriləcək plenerdə iştirak edəcək. Festival iştirakçıları diplom və hədiyyələrlə mükafatlandırılacaq.

Festivalın Xətai Sənət Mərkəzinin qarşısında keçiriləcəyi nəzərdə tutulur.

Mission News Theme by Compete Themes.