Press "Enter" to skip to content

KKTC-də Yayınçılıq Tarixi Muzeyi açılıb

Son yeniləmə: 20 May 2021 19:18

Bayraqdar.info – Kuzey Kıbrıs Türk Cümhuriyyətində Yayınçılıq Tarixi Muzeyi açılıb.

Bu barədə bayraqdar.info-ya KKTC-nin ölkəmizdəki nümayəndəliyindən məlumat verilib.

Məlumatda deyilir ki, Bayrak Radyo Televizyon Kurumu (BRTK) mərkəzi binasınım foye və dəhlizlərində təşkil edilən muzey Baş nazir Ersan Saner tərəfindən açılıb.

Muzeydə Bayrak Radiosunda bu günə qədər istifadə edilən avadanlıqlarla yanaşı o günlərin sənədləri və fotoşəkilləri də nümayiş etdirilir.

Açılışdan sonra verdiyi açıqlamada Baş nazir avtomobil batareyaları ilə başlayan macəranın Kipr türk xalqının mübarizəsinin vacib simvollarından biri olduğunu vurğulayıb.

Baş nazir bu muzeyin KKTC-nin şanlı tarixinin öyrənilməsi baxımından gənclər üçün maraq kəsb edəcəyini deyib.

Mission News Theme by Compete Themes.