Press "Enter" to skip to content

“İKT sahəsində karyera imkanları” adlı canlı yayım

Bayraqdar.info – Peşə Təhsili üzrə Dövlət Agentliyindən verilən xəbərə görə, WorldSkills Azerbaijan Facebook səhifəsində “İKT sahəsində karyera imkanları” adlı canlı yayım keçiriləcək.

Canlı yayım mayın 26-da saat 10:00-da Azərbaycan dilində keçiriləcək.

Qonaq qismində informasiya-kommunikasiya texnologiyaları üzrə mütəxəssis Vahid Qasımov və “Solidshape” şirkətinin qurucusu, kompüter mühəndisi Tural Bədirxanlı olacaq.

Xəbərdə bildirilir ki, onlayn tədbirdə İKT sahəsində inkişaf arzulayan gənclər üçün məsləhətlər veriləcək. Lazımi resurslar və bu sahəyə olan ümumi maraq müzakirə olunacaq. Bundan əlavə, bu sahənin ölkəmizdəki cari vəziyyəti haqda da söhbət açılacaq.

Mission News Theme by Compete Themes.