Press "Enter" to skip to content

“ASAN xidmət” əməkdaşlarına medallar təqdim olunub

Bayraqdar.info – 28 May – Respublika Günü münasibəti ilə “ASAN xidmət” əməkdaşları və ASAN könüllüləri Azərbaycan bayraqları ilə bəzədilmiş şəxsi avtomobilləri ilə avtoyürüş edib. Bakıdakı Heydər Əliyev mərkəzindən başlayan yürüş Şamaxı şəhərinə qədər davam edib.

Bu barədə bayraqdar.info-ya “ASAN xidmət”dən məlumat verilib. Qeyd olunub ki, öncə “ASAN xidmət” əməkdaşları Şamaxıda ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyublar.

Sonra Şamaxı regional “ASAN xidmət” mərkəzində Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təltif olunmuş əməkdaşlara medalların təqdimetmə mərasimi keçirilib.

Tədbirdə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev çıxış edib. O, Prezident İlham Əliyev tərəfindən Dövlət Agentliyinin fəaliyyətinə daim xüsusi diqqət və qayğı göstərildiyini bildirib. “ASAN xidmət” işçilərinin peşə bayramı gününün təsis edildiyini vurğulayıb.

Sonra “Dövlət qulluğunda fərqlənməyə görə” və “Tərəqqi” medalı ilə təltif olunmuş əməkdaşlara ali dövlət mükafatları təqdim olunub. Onlara gələcək fəaliyyətlərində uğurlar arzulanıb.

Xatırladaq ki, dövlət başçısı ötən il dekabrın 31-də Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin əməkdaşlarının təltif edilməsi haqqında Sərəncam imzalayıb.

Müvafiq Sərəncama əsasən, “ASAN xidmət” işçilərinin peşə bayramı günü münasibətilə və dövlət xidmətlərinin göstərilməsinin təkmilləşdirilməsində səmərəli fəaliyyətinə görə Dövlət Agentliyinin 6 əməkdaşı “Dövlət qulluğunda fərqlənməyə görə”, 5 əməkdaşı isə “Tərəqqi” medalı ilə təltif olunub.

Mission News Theme by Compete Themes.