Press "Enter" to skip to content

“Bir Zamanlar Kıbrıs” BMT Baş katibinin də diqqətindədir

Bayraqdar.info – Mayın 28-də Kuzey Kıbrıs Türk Cümhuriyyətinin Cümhurbaşqanı Ersin Tatar TRT-də yayımlanan “Bir Zamanlar Kıbrıs” serialında rol alan yerli aktyorları qəbul edib. Qəbuldakı çıxışında E.Tatar serialda yerli sənətçilərin rol almasının məmnunluq doğurduğunu deyib. KKTC Cümhurbaşqanı yeni bölümlərdə daha çox yerli aktyorların rol almasıyla daha da qürur duyacaqlarını bildirib.

KKTC Cümhurbaşqanlığından verilən məlumata görə, E.Tatar serialla bağlı xoş niyyətli bəzi tənqidlərin olduğunu da vurğulayıb. Bu səbəblə də yeni bölümlərdə həmin fikirlərin nəzərə alınmasının arzu edilən olduğunu deyib.

E.Tatar serialın Kıbrıslı türklərin azadlıq mücadiləsi illərində baş verənlərin dolğun şəkildə bütün dünyaya çatdırılması baxımından önəmli rol oynadığını qeyd edib. O, Cenevrədə keçirilmiş 5+BM formatlı Kıbrıs toplantısında BMT Baş katibinin və toplantıya qatılanların da bu serial barədə danışdıqlarını deyib: “Bizim serialın yaratdığı təsir oralara qədər çatıb”.

Qeyd edək ki, “Bir Zamanlar Kıbrıs” serialı Kıbrıs türklərinin ötən əsrin ortalarında rum məzaliminə qarşı mücadiləsindən bəhs edir. Əfsanəvi lider Rauf Denktaşın diqqət mərkəzində olduğu serial dünyanın hər tərəfində, o cümlədən Azərbaycanda da çox maraqla qarşılanıb. Serial hər həftənin dördüncü günü, axşam saat 21.00-dan TRT1-də yayımlanır.

Mission News Theme by Compete Themes.