Press "Enter" to skip to content

Milli Kitabxanadan Uşaq Günü münasibətilə virtual sərgi

Son yeniləmə: 1 İyun 2021 11:24

Bayraqdar.info – M.F.Axundzadə ad. Azərbaycan Milli Kitabxanasının əməkdaşları Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə virtual sərgi hazırlayıb.

Kitabxanadan bildirilib ki, sərgidə fotolar, mövzu ilə əlaqəli kitab və məqalələr nümayiş olunur.

Xəbər Milli Kitabxanadan verilib.

Qeyd edək ki, 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür. 1950-ci il iyunun 1-də BMT Baş Assambleyasının təşkilatçılığı ilə keçirilən qadınların beynəlxalq konfransında bu tarixi uşaqların müdafiəsinə həsr etmək qərara alınıb. Bundan sonra həmin gün uşaqların beynəlxalq müdafiəsi günü kimi tarixə düşüb.

Dünyanın əksər ölkələrində olduğu kimi, bu gün Azərbaycanda da hər il qeyd edilir. Ölkəmizdə uşaqların problemlərinin həlli, onların hüquqlarının qorunması kimi məsələlərin zəruriliyini nəzərə alaraq əlverişli mənəvi və sosial mühitin yaranması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.

Uşaqların qayğısına qalaraq intellekti yüksək olan, savadlı nəslin yetişməsinə tələb olunan şəraitin yaradılmasına önəm verilir.

Mission News Theme by Compete Themes.