Press "Enter" to skip to content

“Anadolu Qartalı – 2021”də “Yüksək səviyyəli müşahidəçi” günü – VİDEO

Bayraqdar.info – Türkiyədə “Anadolu Qartalı – 2021” beynəlxalq taktiki uçuş təlimi çərçivəsində keçirilən “Yüksək səviyyəli müşahidəçi günü”ndə Azərbaycan Hərbi Hava Qüvvələri komandanının müavini general-mayor Namiq İslamzadə də iştirak edib.

Bu barədə iyulun 1-də bayraqdar.info-ya Müdafiə Nazirliyindən məlumat verilib.

Məlumatda bildirlir ki, əvvəlcə təlimin məqsədi, pilotların hazırlığı, yerləşməsi, cəlb edilən qüvvələr, icra edilən tapşırıqlar, aviasiya vasitələrinin uçuşu və istifadəsi barədə brifinq keçirilib.

Sonra qonaqlar Türkiyə Silahlı Qüvvələrinin məşhur “Mehtəran” birliyinin “Mehtər marşı”nı dinləyib.

Onlar Türkiyə Hərbi Hava Qüvvələrinin “Solo Türk” və “Türk Ulduzları” aviaqrupuna daxil olan “F-5” və “F-16” tipli təyyarələrin nümunəvi uçuşlarını da izləyiblər.

Sonda qonaqlar Simulyasiya Mərkəzi ilə yaxından tanış olublar.

Tədbirdə Türkiyə HHQ-nin komandanı, ordu generalı Hasan Küçükakyüz təlimlərdə iştirak edən pilotların hazırlığını yüksək qiymətləndirib və onlara fəaliyyətlərində uğurlar arzulayıb.

Mission News Theme by Compete Themes.