Press "Enter" to skip to content

Dədəlidə çıxan yanğın kəndi də təhlükə altına alıb – VİDEO

Bayraqdar.info – Təxminən 2 saat öncə Xaçmaz rayonunun Dədəli kəndindəki qəbristanlıqda (xalq arasında Çələbilər piri kimi tanınır) yanğın başlayıb. Hadisə yerində olan əməkdaşımızın verdiyi xəbərə görə, yanğınsöndürənlərin müdaxiləsi nəticəsində yanğının genişlənməsinin qarşısı alınıb. Lakin bəlli bir meşə ərazisi yanıb.

Hazırda hadisə yerində yanğınsöndürənlər və kənd camaatı işləyir. Havanın küləkli olması əlavə problemlər yaradır. Müxbirimizin verdiyi xəbərə görə, hündür ağacların alışması və küləyin güclənməsi alovun qəbristanlığın içərilərinə doğru hərəkət etməsinə səbəb olub. Ona görə də bəzən heç gözlənilməyən istiqamətdən alışma başlayır.

O da bəllidir ki, yanğınsöndürənlər tam gücüylə işləyir. Bununla belə, qəbristanlıq keçilməz meşədən ibarət olduğu üçün bəzən texnika, hətta piyadaların belə içəri daxil olması mümkün deyil. Ona görə də dərinliklə çıxan alışmaların söndürülməsi çətinlik yaradır. Əgər qəbristanlıq ərazisində yanğın bir az da genişlənərsə, alovun kəndi də ağuşuna alacağı şübhəsizdir. Bu səbəbdən yanğınsöndürən helikopterlərin müdaxiləsinə ehtiyac yarana bilər.

Mission News Theme by Compete Themes.