Press "Enter" to skip to content

Respublika yeniyetmələri arasında futbol yarışı keçirilib

Bayraqdar.info – Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş yeniyetmələr arasında Respublika turnirinin proqramına daxil olan futbol üzrə final yarışı keçirilib.

Bu barədə bayraqdar.info-ya Təhsil Nazirliyindən xəbər verilib.

Yarış “Təhsil” Respublika İdman Mərkəzinin “Zuğulba” Tədris İdman Bazasında təşkil olunub.

Yarışda hər zonadan I və II yer üzrə final mərhələsinə vəsiqə qazanan məktəblilər mübarizə aparıb. Lənkəran və Gəncə şəhəri, İmişli, Saatlı, Xaçmaz, Quba, Yevlax, Göyçay, Zaqatala, Cəlilabad, Binəqədi və Sabunçu rayonlarının məktəbliləri yarışda iştirak edib.

Turnirdə I yerə Cəlilabad, II yerə İmişli rayonlarının, III yerə isə Gəncə şəhərinin komandası layiq görülüb.

Mission News Theme by Compete Themes.