Press "Enter" to skip to content

Xalça Muzeyində uşaqlara yoqa və art terapiya təlimləri

Bayraqdar.info – “Muzeyimizdə uşaqlar arasında sağlam həyat tərzinin təbliği, idmana marağın artırılması, onların bu istiqamətdə maarifləndirilməsi məqsədi ilə “Sağlam həyat – sağlam yaşa” layihəsi çərçivəsində tədbir keçirilib. Tədbirdə “Focus Group” Psixoloji Xidmət və Konsaltinq Şirkətinin psixoloqu Nərgiz Zeynalzadə uşaqlara yoqa, art terapiya təlimləri keçib, onlarla sağlam həyat vərdişlərinin formalaşdırılması mövzusunda söhbət edib. Açıq havada bir neçə saat davam edən təlimdə uşaqlar sağlam həyat tərzinin insan sağlamlığına təsiri barədə maraqlı məlumatlara yiyələnməklə yanaşı əyləniblər.”

Bu xəbər iyulun 1-də bayraqdar.info-ya Aərbaycan Xalça Muzeyindən verilib.

Muzeydən bildirilib ki, Muzeyin Uşaq şöbəsi yay tətili müddətində uşaqlar üçün bu cür maraqlı tədbirlərin karantin qaydalarına uyğun şəkildə təşkilini davam etdirəcək. “Bunu nəzərə alaraq, hər kəsi Muzeyin sosial şəbəkələrdəki səhifələrini izləməyə, uşaqlar üçün hazırladığımız proqramlara qoşulmağa dəvət edirik”, – deyə Muzeydən qeyd edilib.

Mission News Theme by Compete Themes.