Press "Enter" to skip to content

929 qaziyə 6 min 200-dək reabilitasiya vasitəsi verilib

Bayraqdar.info – Postmüharibə dövründə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən sosial dəstək tədbirləri çərçivəsində 929 müharibə əlilinə 6 min 200-dək reabilitasiya vasitəsi verilib.

Bu barədə nazirlikdən bayraqdar.info-ya məlumat verilib.

Həmçinin, Vətən müharibəsində yaralanaraq aşağı ətrafları amputasiya olunmuş qazilərdən 82 hərbçi yüksək texnologiyalı 83 protezlə təmin olunub. Yuxarı ətrafı amputasiya olunmuş qazilərin də yüksək texnologiyalı protezlərlə təminatı üçün işlərə başlanılıb.

Bu ilin mart ayından əlilliyi olan şəxslərin mühərrikli təkərli oturacaqla təminatına başlanılıb. Əlilliyi olan şəxslərə 500-ə yaxın mühərrikli təkərli oturacaq verilib ki, onlardan bir hissəsi də müharibə iştirakçılarıdır.

Postmüharibə dövründə Nazirliyin reabilitasiya müəssisələrində 1 min 300-dək qazi və şəhid ailəsi üzvü sosial-psixoloji və reabilitasiya xidmətləri ilə əhatə olunub. Onlar klinik və sosial psixoloqlar tərəfindən əyani və online, qrup və fərdi şəkildə psixoloji seanslara cəlb ediliblər.

Hazırda da həmin xidmətlərin göstərilməsi prosesi davam edir.

Mission News Theme by Compete Themes.