Press "Enter" to skip to content

Azərbaycan Kubalı həkimlərdən, onlar da Azərbaycandan razıdır

Son yeniləmə: 2 İyul 2021 14:26

Bayraqdar.info – Səhiyyə naziri əvəzi Teymur Musayev Kubanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Alfredo Fidel Nieves Portuondo və Kubadan gələn tibb heyətinin rəhbəri professor Dalsi Torres Avilla ilə görüşüb.

Bu məlumat iyulun 2-də bayraqdar.info-ya Səhiyyə Nairliyindən verilib.

Məlumatda bildirilir ki, T.Musayev Kuba hökumətinə və tibb heyətinin rəhbəri professor Dalsi Torres Avillanın timsalında həkimlərə pandemiya ilə mübarizədə ölkəmizə dəstək olduqlarına görə təşəkkür edib. O, gələcəkdə elmi-tibbi və digər sahələrdə əməkdaşlığın daha da uğurla inkişaf etdiriləcəyinə ümidvar olduğunu deyib.

T.Musayev həmçinin, ölkəmizdə vaksinasiyanın mərhələli, sürətlə davam etdiyini və qısa müddətdə müsbət nəticəyə nail olacağımıza inandığını qeyd edib.

Kubanın Azərbaycandakı səfiri A.F.N.Portuondo çıxışında pandemiya ilə mübarizədə Azərbaycanın Ümumdünya Səhiyyə Təşkilatının tədbirlərində fəal iştirak etdiyini vurğulayıb. O, Azərbaycan təcrübəsinin dünyada nümunəvi olduğunu diqqətə çatdırıb. Kubalı səfir bütün sahələrdə olduğu kimi səhiyyə sahəsində də dinamik əməkdaşlığın vacibliyini bildirib.

Professor D.T.Avilla da öz növbəsində yaradılan şəraitə və göstərilən diqqətə görə rəhbərlik etdiyi heyət adından təşəkkürünü bildirib. Kubalı professor koronavirusla mübarizədə qazanılan uğurun birgə əməyin nəticəsi olduğunu vurğulayıb.

Məlumatda deyilir ki, qarşılıqlı anlaşma şəraitində keçən görüşdə səhiyyənin digər sahələrində də gələcəkdə əməkdaşlığın məqsədəuyğunluğu vurğulanıb.

Mission News Theme by Compete Themes.