Press "Enter" to skip to content

Daha min beş yüzdən çox şəxs üçün kiçik təsərrüfat yaradılıb

Bayraqdar.info – Dövlət Məşğulluq Agentliyi tərəfindən şəhid ailəsi üzvləri və qazilər də daxil olmaqla daha 1 min 524 şəxsə özünüməşğulluq proqramı çərçivəsində aktivlər təqdim edilib. Onlardan 320 nəfəri şəhid ailəsi üzvü, 300 nəfəri isə Vətən müharibəsi qazisidir.

Bu barədə bayraqdar.info-ya Dövlət Məşğulluq Agentliyindən məlumat verilib. Proqrama cəlb olunan şəxslərin ilk olaraq özünüməşğulluqlarının təşkili üçün şəraitlərinin qiymətləndirilməsi həyata keçirilib və təlimlərə cəlb ediliblər. Təlimi uğurla başa vuran şəxslər kənd təsərrüfatı və istehsal-xidmət sahələri üzrə kiçik təsərrüfatlarını qurmaq üçün qısa müddətdə lazımi avadanlıqlarla təmin olunublar.

Mission News Theme by Compete Themes.