Press "Enter" to skip to content

Məişət istehlakçıları üçün qaz sayğacları pulsuz quraşdırılacaq

Bayraqdar.info – Mənzil tikinti kooperativi sayğacları enerji təchizatı ilə məşğul olan qurumlardan öz hesablarına aldıqlarını əsas gətirərək sakinlərdən sayğacların dəyərini tələb edir.

Bu barədə bayraqdar.info-ya İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən məlumat verilib.

Bildirilib ki, Dövlət Xidməti yeni inşa olunan çoxmənzilli binalarda sayğacların quraşdırılması zamanı sakinlərdən sayğacın dəyərinin tələb olunmasına dair müraciətləri araşdırıb.

Həmçinin qeyd edilən məsələlərin müzakirəsi məqsədilə Dövlət Xidmətində enerji təchizatı ilə məşğul olan qurumların nümayəndələri ilə görüş keçirilib. Görüş zamanı mənzil-tikinti kooperativləri tərəfindən inşa edilən çoxmənzilli yaşayış binalarına quraşdırılan qaz sayğaclarının dəyərinin sakinlərdən tələb edilməsi hallarına yol verilməməsinin və bu sahədə mövcud qanunvericiliyin tələblərinə riayət edilməsinin zəruriliyi vurğulanıb.

Qeyri-müəyyənliyin aradan qaldırılması məqsədilə müvafiq qərar da qəbul olunub. Dövlət Xidmətinin tövsiyəsinə uyğun olaraq, bu ilin 1 iyul tarixindən mənzil-tikinti kooperativlərinə verilən texniki şərtlərdə sakinlərin məişətdə istehlak etdikləri qaz sayğaclarının pulsuz quraşdırılması tələbi qeyd olunacaq.

Mission News Theme by Compete Themes.