Press "Enter" to skip to content

Müəllim olmaq istəyənlər üçün apellyasiya müraciətlərinin qəbulu

Bayraqdar.info – İyulun 6-dan müəllimlərin işə qəbulu müsabiqəsinin test mərhələsi ilə bağlı apellyasiya müraciətlərinin qəbuluna başlanılır.

Təhsil Nazirliyindən verilən xəbərə görə, imtahanda iştirak etmiş namizədlər şəxsi səhifələrində növbəti gün saat 14:00-da aktivləşdirilən müvafiq xanaya daxil olaraq 48 saat (2 gün) ərzində apellyasiya müraciəti edə bilərlər.

Namizədlər müvafiq xanaya müraciətlərinin məzmununu ətraflı şəkildə qeyd etməlidirlər. Apellyasiya müraciəti komissiya tərəfindən araşdırıldıqdan sonra müvafiq cavab namizədlərin şəxsi səhifələrinə göndəriləcək.

Nazirlikdən qeyd edilir ki, 5 iyul tarixində fizika və informatika fənni üzrə keçirilən imtahanların apellyasiya müraciətləri iyulun 6-da 14:00-dan etibarən qəbul olunacaq.

Mission News Theme by Compete Themes.