Press "Enter" to skip to content

Şəhidlərə məxsus əşyalar Tarix Muzeyinə təhvil verilib

Son yeniləmə: 6 İyul 2021 15:56

Bayraqdar.info – İyulun 6-da II Qarabağ müharibəsi şəhid ailələrinin üzvləri Milli Azərbaycan Tarixi Muzeyində olublar.

Bu xəbər bayraqdar.info-ya Muzeydən verilib.

Xəbərdə bildirilir ki, ailə üzvləri tərəfindən şəhidlər – Məmmədov Sahib Yaşar oğlu, Səfərov Hikmət İldırım oğlu, Yusubov Elzar Süleyman oğlu, Həsənov Tofiq Etibar oğluna məxsus materiallar Muzeyə təhvil verilib. Bu işin təşkilində Muzeyin əməkdaşı Pərvanə Əzimovanın xüsusi əməyi olub.

Sonda qonaqlar Muzeyi ziyarət ediblər.

Mission News Theme by Compete Themes.