Press "Enter" to skip to content

Deputatlar Bolqarıstan və Moldovada parlament seçkilərini izləyəcək

Milli Məclis

Bayraqdar.info – Milli Məclisin deputatı Rauf Əliyev Bolqarıstanda keçiriləcək parlament seçkilərini müşahidə etmək üçün iyulun 8-də ölkənin paytaxtı Sofiya şəhərinə səfər edib.

Həmçinin, MM-in bir qrup deputatı da Moldovada keçiriləcək növbədənkənar parlament seçkilərini müşahidə etmək üçün eyni gündə ölkənin paytaxtı Kişinyov şəhərinə səfər edib.

Məlumat bayraqdar.info-ya MM-in Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindn verilib.

Məlumatda bildirilir ki, millət vəkilləri seçkiqabağı durum, məntəqələrdə yaradılmış şəraitlə yaxından tanış olacaq, seçkinin gedişatını izləyəcək, vətəndaşların fəallığını müşahidə edəcəklər.

Deputatlar Sabir Hacıyev MDB İcraiyyə komitəsinin, Jalə Əliyeva MDB Parlamentlərarası Assambleyasının xətti ilə, Elnur Allahverdiyev GUAM Parlament Assambleyasının missiyasında, Elşad Mirbəşir oğlu Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisi tərəfindən prosesə qatılacaqlar.

Bayraqdar.info qeyd edir ki, hər iki ölkədə parlament seçkiləri iyulun 11-də keçiriləcək. Depuatların adıçəkilən ölkələrə səfərləri iyulun 13-də başa çatacaq.

Mission News Theme by Compete Themes.